Bakı sakinindən hədəqorxu ilə 10 min manat tələb olunub

16.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10 000 manat tələb etməsi barədə polisə müraciət edib.

APA xəbər verir ki, bu barədıə DİN-dən məlumat verilib.

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью