Bakı sakinini avtomobil vurub

29.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 64 yaşlı kişini avtomobil vurub.

APA xəbər verir ki, hadisə Qum adasında qeydə alınıb.

Belə ki, 1960-ci il təvəllüdlü Elçin Hüseynov yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью