Bakı sakinləri səs verirlər: Bələdiyyə seçkisində son vəziyyət

29.01.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Baku TV bələdiyyə seçkisinin gedişatı ilə bağlı son məlumatları diqqətə çatdırıb.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5 saylı seçki məntəqəsində müşahidəçi Sevinc Həbibova səsvermənin şəffaf keçdiyini, heç bir qayda pozuntusu aşkarlanmadığını bildirib.

Qeyd edilib ki, sözügedən seçki məntəqəsində seçici aktivliyi müşahidə edilir.

"Məntəqədə 1 409 seçici qeydiyyata alınıb. Daşınan qutu üçün 10 sakin müraciət edib. Məntəqə üzvü onların yaşadıqları ünvanlara gedərək səsvermə hüquqlarını təmin edəcək", - deyə məntəqə sədri İlahə Carçıyeva bildirib.

24 saylı Nizami birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində də seçicilərin səsvermədə fəal iştirak etdikləri vurğulanıb.

"1 487 seçici qeydiyyata alınıb. Artıq 265 nəfər səsvermə hüququndan istifadə edib", - deyə məntəqə sədri Vüsalə Məmmədova məlumat verib.

Daha ətraflı videomaterialda:

Bakı sakinləri səs verirlər: Bələdiyyə seçkisində son vəziyyət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью