Bakı sakinləri üçün VACİB MƏLUMAT 15:00 dan...

07.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 7-də Bakının iki ərazisində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Bu barədə "Yeni Sabah"a aidiyyəti qurumdan məlumat verilib.

Bildirilib ki, saat 15:00-dan etibarən Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsində təmir işləri aparılacaq. Dominos pizza

Həmçinin Sabunçu rayonunda Zabrat–Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsi Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə təmir işləri görüləcək.

Təmir işləri ilə əlaqədar həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью