Bakı Şamaxı magistral yolunda son vəziyyət Foto

22.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı və Qobustan rayonlarından keçən magistral yolları qardan və buz qatından təmizlənib. Paralel olaraq, Şamaxı-Pirqulu avtomobil yolunda da işlər aparılır və yaranmış çətinliklər aradan qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı gecəli-gündüz növbəli şəkildə bütün işçi heyəti və texnikaların yolları qardan təmizlədiyini bildirib.

Qeyd edək ki, fevralın 20-si səhər saatlarından etibarən Qobustan və Şamaxı rayonları ərazisində yağan qar axşam saatlarında daha da intensivləşib. Bunun nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 105-120-ci kilometrliyində buzlaşma yaranıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью