Bakı Şamaxı Yevlax yolunda Mersedes Vito aşıb: 1 nəfər ölüb

07.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlu idarə etdiyi “Mersedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtobusda olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.
Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı bir-biri ilə qohumdur və əslən Qax rayonundandırlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью