Bakı Şamaxı yolunda avtomobil yandı VİDEO

23.09.2026

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Moderator.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью