Bakı Şamaxı yolunda avtomobil yanıb: ÖLƏN VAR | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Bakı-Şamaxı yolunda avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
@tv.oxu Bakı-Şamaxı yolunda avtomobil yanıb #Bakı #yanğın #oxuaz ♬ Epic News - DM Production Hadisə nəticəsində bir nəfərin ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gün saat 18:00-da Bakı-Şamaxı yolunun 40-cı kilometrində qeydə alınıb.
"Göyçay rayon sakini Ramil Aydın oğlu Əhədovun idarə etdiyi 77-XA-920 dövlət nömrə nişanlı "KIA Optima" avtomobilində texniki nasazlıq yaranması səbəbindən alışma hadisəsi baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən də Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
"Bakı şəhərinin Qaradağ rayonu ərazisində ötən gün saat 18:00-da "KIA Optima" avtomobilinin yanar hissələri yanıb.
Tam oxu
Xəbəri oxu