Bakı Şamaxı yolunda qəza olub, 3 yaralı var

07.01.2026

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı-Şamaxı-Yevlax yolunda qəza olub.

Lent.az xəbər verir ki, hadisə səhər saat 9 radələrində magistral yolun 116-cı kilometrliyində, Şamaxı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Azər Əliyevin idarə etdiyi “Tofaş” və Razim Əzizovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub. Nəticədə Tofaşın sürücüsü və 2 sərnişinin xəsarət aldığı bildirilir. 

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью