Bakı Şamaxı yolunda sürücüdən təhlükəli MANEVRLƏR

05.09.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakı-Şamaxı yolunda təhlükəli manevrlər edən sürücü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, 99-HP-119 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil qəza şəraiti yaradaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Paylaşılan videoda avtomobilin sükanı arxasında olan şəxsin BDYPİ-nin Müşfiqabad postunu ziqzaq hərəkətlərlə keçdiyi, postdan sonrakı piyada keçidində isə piyadalara yol verən maşına çırpılmaqdan son anda yayındığı əks olunub.

Sürücü avtomobilini bu cür idarə etməklə həm qaydaları pozub, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью