Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi və sektor müdirinin məhkəməsi başlayır

07.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmə başlayır.

APA xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin olunub.
İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью