Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisinin məhkəməsi başlayır, icraata verilib

29.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov barəsində cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov külli miqdarda mənimsəmədə ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb və başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью