Bakı Şəhər Halqasında gecə yürüşü

25.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Formula 1 üzrə Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Şəhər Halqasında fərqli idman tədbiri – "BCC F1 Weekend Run" qaçışı keçirilib.

Təxminən, 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib. Tədbirə gənclər və idman naziri Fərid Qayıbov da qatılıb.

Qaçış saat 22:00-da başlayıb. İştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər. Qeyd edək ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью