Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni quruma birləşdirilir

23.06.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun "Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşmə yolu ilə yenidən təşkili barədə təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью