Bakı Şəhər İcra Hakimiyyəti 200 mantlıq şirkətə 2.5 milyon verəcək

16.05.2025

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2 525 226 AZN xərclənəcək.

Pravda.az-ın xəbərinə görə, bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə müqavilə bağlayıb.

Konkret hansı ərazilərdəki yolların təmir ediləcəyi açıqlanmayıb.

Qeyd: “Xezer-Construction” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью