Bakı Şəhər İcra Hakimiyyəti bunları əvvəldən fikirləşməlidir Vahid Əhmədov “20 Yanvar”dakı…
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Metronun 20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən kiçik ticarət obyektləri bir müddət öncə sökülüb.
Sahibkarların işsiz qalması cəmiyyətdə maraq doğurub. Milli Məclisin sabiq deputatı Vahid Əhmədov problemlə bağlı danışıb.Vahid Əhmədov Demo
İnsanlar işləyib evlərinə bir parça çörək aparırlar. Obyektlərin sökülməsi planlaşdırılırdısa, əvvəldən iş yerləri tikilməli idi.
Birdən-birə mağazaların fəaliyyətini dayandırması, insanların pis vəziyyətdə qalması bizə müsbət heç nə gətirməyəcək.
İnsanları işlə təmin edilməsini fikirləşmək lazımdır. Çox təəssüf ki, belə hallar bizdə çox olur.
Son zamanlar tikinti işlərinə görə belə narazılıqlar daha da artıb. Tikinti ediləcək yerlərdə köşklər sökülür, iş yerləri ixtisara gedir.
Həmin insanlar faktiki olaraq işsiz qalır. Bakı Şəhər İcra Hakimiyyəti, rayonlardaki icra orqanları bunları əvvəldən fikirləşməlidir.
Tam oxu
Xəbəri oxu