Bakı Şəhər İcra Hakimiyyəti qara hazırlaşır

18.02.2025

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gözlənilən qarlı hava şəraitilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) tərəfindən rayon icra hakimiyyətlərinə müvafiq tapşırıqlar verilib.

BŞHİ-dən Mia.az-a bildirilib ki, şəhər və rayon kommunal xidmətləri həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər: "Xidmətlərin maşın və xüsusi texnikaları hazır vəziyyətə gətirilib, növbətçilik təşkil edilib. Qar yağan zaman şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb ediləcək"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью