Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı Müdir təyin edildi

19.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BŞİH-nin Mətbuat xidməti ləğv edilərək, əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb. Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib. 

Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью