Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxtda mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə iri həcmli satınalma elan edib.
Modern.az xəbər verir ki, müsabiqə mənzil-kommunal xidmətlərinin göstərilməsini təmin etmək üçün tələb olunan müxtəlif növ malların alınmasını nəzərdə tutur.
Tender üzrə təklif edilən qiymət 23 863 427,72 azn məbləğində müəyyən edilib.