Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır

23.02.2026

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyət təşkil edilir.

Reyting.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью