Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

28.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, hələlik onun yerinə hər hansı təyinat olmayıb.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью