Bakı Şəhəri üzrə Təhsil İdarəsi işçi axtarır

25.08.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

“Cebheinfo.az” xəbər verir ki. müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 avqust saat 12:00-dan 28 avqust saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri 28 avqust 2026-cı il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin surəti;

- Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

- Əmək kitabçasının surəti.

Müraciət etmək istəyən şəxslər qeyd olunan linkə daxil olaraq vakansiyalarla tanış ola bilərlər. 

Elan: https://baku.edu.gov.az/az/page/228/8080 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью