Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart ayında 7 600 dən çox müraciət daxil olub

02.04.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7627 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub.

BŞTİ-dən 525.az-a bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5253 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1034 müraciət daxil olub.

BŞTİ-yə 1151 sənəd (vətəndaşlar tərəfindən 273 ərizə, Elm və Təhsil Nazirliyindən 254, digər qurumlardan 173, tabelikdə olan təhsil müəssisələrindən 315 məktub və 136 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 189 elektron müraciətə baxılıb.

Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью