Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini işdən çıxarıldı

09.12.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov vəzifəsindən azad olunub.

"Unikal" xəbər verir ki, Anar Məmmədov ötən həftə işdən çıxarılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Anar Məmmədovla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilib.

Qeyri-rəsmi məlumatlara görə isə, Anar Məmmədov bağçalara, məktəblərə direktor, direktor müavini təyin edilməsinin müsahibə mərhələsində yol verdiyi nöqsanlara görə işdən azad olunub.

Qeyd edək ki, Anar Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə 2022-ci ildə təyin olunub. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью