Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir.
İlk növbədə, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfində
Bu işlər çərçivəsində paytaxtın Nizami, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədilə B
Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Diqqətə çatdırılıb ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılmalıdır.
Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər.