“Bakı Şərab 2” rəhbərliyi yenidən seçiləcək

08.05.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

30 iyun 2026-cı il tarixində Bakı şəhəri, A.Hacıyev küçəsi 136 nömrəli ünvanda yerləşən “Bakı Şərab-2” ASC səhmdarlarının 2025-ci ilin yekunlarına həsr olunan növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2025-ci il üzrə müəssisə hesabatlarının və yekun mühasibat balansının təsdiqi.

2. Cəmiyyətdə ünvan dəyişikliyi ilə əlaqədər cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi.

3. İdarə heyətinin və onun sədrinin yenidən seçilməsi.

4. Müşahidə şurasının və onun sədrinin yenidən seçilməsi.

Qeyd: səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə Bakı şəhəri, Nərimanov rayonu, Arif Hacıyev küçəsi 136 nömrəli ünvanda əyani surətdə hər bir səhmdar tanış ola bilər.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью