“Bakı Sığorta”nın lisenziyası ləğv edildi

13.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilmişdir.

"Unikal" xəbər verir ki, “Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaqdır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью