Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

13.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə “Kaliber.az”mənbəyə istinadən məlumat yayıb.

Bu düzəlişlər, xüsusən, ölkədə “Rossiya Seqodnya”nın bir bölməsi kimi fəaliyyət göstərən “Sputnik Azərbaycan” nəşrinə, eləcə də BBC-yə (BBC News Azərbaycanca) təsir edəcək. Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirlərinin sayı qədər “Rossiya Seqodnya”nın müxbiri ölkəmizdə fəaliyyət göstərəcək.

Hazırda söhbət bir tam ştat vəzifədən gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью