Bakı Stadionunun ərazisi bu axşam BMTyə təhvil veriləcək

08.11.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb. Ərazi bu axşam Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev deyib.
Departament direktoru bildirib ki, çox az iş qalıb:
“Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью