Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı–Sumqayıt marşrut xəttində fəaliyyət göstərən avtobuslarda sərnişinlərlə sürücülər arasında gərginlik yaşanıb. AzPost xəbər verir ki, sərnişinlərin şikayətlərinə görə, bəzi sürücülər və dispetçerlər sərnişin suallarına əsəbi cavab verir, dayanacaq və marşrutla bağlı izahat istəyəndə kobud davranırlar. Sərnişinlər bildiriblər ki, sürücülər “get, kimə istəyirsən şikayət et” ifadəsini işlədir və bəzən sərnişini lağa qoymağa cəhd edirlər.
Digər tərəfdən, avtobus sürücüləri də iş şəraitindən narazıdır. Sosial şəbəkələrdə paylaşılan məlumatlara görə:
Sürücülər gündə 600–700 manat maaşla çalışırlar;
Dayanacaqlarda istirahət otaqları mövcud deyil;
Hər gün yüzlərlə sərnişinlə ünsiyyət qurmaq və avtobusu idarə etmək yorucu olur.
Məsələ ilə bağlı BakuBus MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmi açıqlama verməyib.
Paylaş