Bakı Sumqayıt marşrutunun iş qrafiki necə tənzimlənəcək? RƏSMİ

23.05.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.

Bu barədə Bakıvaxtı.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью