Bakı Sumqayıt qatarı 28 May da hansı cədvəl üzrə hərəkət edəcək?

23.05.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.

Bu barədə “Unikal" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью