Bakı Sumqayıt şosesində avtomobilin yanması səbəbindən sıxlıq yaranıb

07.07.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, hadisə "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью