Bakı, Sumqayıt və Abşeronda bir neçə xəstəxanaya mentor statusu veriləcək

11.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alması planlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mentor klinika statusu müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini təmin edəcək:

“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью