Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində su kəsiləcək

13.05.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Binəqədi rayonunun, eləcə də Sumqayıt şəhərinin və Abşeron rayonunun bəzi ərazilərinə suyun verilişində fasilə yaranacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması ilə bağlı aparılan işlərdir.

Fasilə mayın 14-ü səhər saatlarından mayın 16-sı günorta saatlarına qədər olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью