Bakı Sumqayıt yolu üçün yeni plan

27.11.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolunda və əks istiqamətdə avtobuslar üçün xüsusi hərəkət zolağı ilə tam əlaqələndirmənin təşkili nəzərdə tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov məlumat verib.

O bildirib ki, ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün paytaxtın 44 küçə və prospektdə 117 km-ə yaxın xüsusi hərəkət zolağı təşkil olunub:

"Xüsusi hərəkət zolağı şəbəkəsinin genişləndirilməsi davamlı nəzərdən keçirilir. Bakı-Sumqayıt şosesində də xüsusi hərəkət zolağı təşkil olunub və təhlillərə əsasən avtobusdan istifadə edənlərin daha tez və rahat mənzil başına çatması müşahidə edilir. Paytaxtdan Sumqayıta və əks istiqamətdə tam əlaqələndirmənin təşkili nəzərdə tutulub".

Xatırladaq ki, Oxu.az bir müddət öncə bu məsələni gündəmə gətirmiş və geniş məqalə dərc etmişdi. Həmin yazıda Bakı-Sumqayıt yolunda avtobus zolağının müvafiq qaydada uzadılması üçün təkliflər də yer almışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью