Bakı Sumqayıt yolunda avtobus yanıb AÇIQLAMA VİDEO

06.07.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sərnişin avtobusunda yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətraf əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Daşıyıcı şirkətdən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, ilkin ehtimala görə, hadisə elektrik sistemində yaranmış yüklənmə səbəbindən baş verib: “Yay rejimi ilə əlaqədar iritutumlu nəqliyyat vasitəsinin elektrik sistemində yüklənmənin olduğu ehtimal edilir. Yanğına da bunun səbəb olması güman edilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yanğının səbəbi təyin edilmiş ekspertizanın rəyi açıqlandıqdan sonra tam məlum olacaq”.

Eltac

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью