Bakı Sumqayıt yolunda sərnişin avtobusu ilə minik maşını toqquşdu

19.12.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə zamanı 509 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu "Mercedes" markalı minik maşını ilə toqquşub.

Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, hazırda yolda sıxlıq müşahidə edilir.

Ərazidən kadrları təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью