Bakı Sumqayıt yolunda tıxacın səbəbi bilindi

10.11.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Bakı-Sumqayıt yolunda müşahidə olunan nəqliyyat sıxlığı bayram günlərinin başa çatması ilə əlaqədar vətəndaşların bölgələrdən paytaxta kütləvi şəkildə qayıtması nəticəsində yaranıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Hazırda sözügedən ərazidə yol hərəkəti Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Nəqliyyat axınının tənzimlənməsi və sıxlığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları, ara məsafəsini gözləmələri və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur. Hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью