Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı-Sumqayıt yolunda yük maşını körpünün altından keçərkən ilişib.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 13-də səhər saatlarında qeydə alınıb. Belə ki, 25-ZB-335 dövlət nömrə nişanlı “MAN” markalı yük maşını körpünün altından keçərkən daşıdığı yük körpüyə ilişib. Nəticədə nəqliyyat vasitəsi hərəkətini davam etdirə bilməyib.
Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, sürücü hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətinin, yüklənməsinin və yükün yerləşdirilməsinin yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğunluğunu yoxlamalıdır. Həmçinin marşrut seçilərkən yol qurğularının, o cümlədən körpülərin hündürlük məhdudiyyətləri nəzərə alınmalıdır. Bu halların nəzərə alınmaması nəqliyyat vasitələrinin hərəkətinin dayanmasına və yol infrastrukturunun zədələnməsinə səbəb ola bilər.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227820.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler