Bakı Sumqayıt yolunda zəncirvari qəza

19.03.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Moderator.az xəbr verir ki, Masazır dairəsi yaxınlığında qeydə alınan hadisədə üç nəqliyyat vasitəsi toqquşub.

Belə ki, hadisə nəticəsində 99-HS-443 dövlət nömrə nişanlı "Opel Astra", 10-UP-653 dövlət nömrə nişanlı "Mercedes", 99-XR-316 nömrə nişanlı "Opel" markalı avtomobillər toqquşub.

Xəsarət alanın olub-olmaması hələ ki, məlum deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью