Bakı Sumqayıt yolunun bağlanmasına səbəb olan qəzanın ANBAAN VİDEOSU

19.11.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında Nəsimi rayonu, Moskva prospektində baş verən qəzanın görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, videonu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaranan potensial yanğın və partlayış risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri görülüb.

"Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir. Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü, həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi təhlükə yarada bilər", - qurumun məlumatında qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью