Bakı Taksi xidmətinin 150 maşını WUF13 ə cəlb edildi

16.05.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı daşımalara 150 ədəd "Bakı Taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib.

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və "Koroğlu" NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri "Terminal 2"nin qarşısında təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью