Bakı Tbilisi biletləri niyə tez bitir? ADY dən daha bir AÇIQLAMA

07.07.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

”Bakı-Tbilisi-Bakı" marşrutu üzrə biletlərin 90 gün öncədən satışa çıxarılmasıyla bağlı işlər davam edir".
Bizim.Media xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinqdə qeyd edib:
"Hazırda biletlər satışa 30 gün öncədən çıxır. Ancaq 90 gün əvvəldən satışın açılması üçün ADY tərəfindən işlər aparılır. İşlər tam yekunlaşdıqdan sonra bununla bağlı açıqlama veriləcək".
Qurum rəsmisi biletlərin onlayn satışında yaranan problemlərlə bağlı da danışıb:
"Yüksək tələbatı nəzərə alaraq hazırda sistemdə biletlətin satışı davam edir. Müraciətlərin sayı çox olduğundan bəzi ləngimələr baş verə bilir. Bu hal nəzarət halındadır,  satışlar davam edir".  
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью