Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Noyabrın 1-dən Bakı–Tbilisi–Bakı beynəlxalq sərnişin marşrutu üzrə yeni qatarın hərəkətinə başlanılacaq.
Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, yeni qatar standard, standard+ və biznes sinif vaqonlarından ibarət olacaq. Yeni qatarın istifadəyə verilməsi ilə Bakı və Tbilisi şəhərləri arasında gündəlik reyslərin sayı 2-dən 4-ə çatdırılacaq.