Bakı Tbilisi qatarının bərpa tarixi ilə bağlı AÇIQLAMA

10.04.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin bərpası ilə bağlı işlər davam edir.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, hər iki ölkənin aidiyyəti qurumları arasında danışıqlar aparılır, texniki detallar dəqiqləşdirilir, yaxın günlərdə qatarların hərəkətinin bərpa tarixi açıqlanacaq.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan tərəfi Bakı və Tiflis arasında dəmir yolu vasitəsilə sərnişin daşımalarının mayın 1-dən bərpa olunacağını bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью