“Bakı Tehran əlaqələrində istiləşmə mərhələsi”

25.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“İslam Əməkdaşlıq Təşkilatının Parlament Sessiyası çərçivəsində İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri iki ölkə arasında dialoqun davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Bunu politoloq Oqtay Qasımov Xalq Cəbhəsi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər əsasən tədbirdə iştirak məqsədi daşısa da, Azərbaycan tərəfi ilə keçiriləcək görüşlər ikitərəfli münasibətlər baxımından əhəmiyyətlidir:
“Azərbaycan və İran münasibətlərində son iki ildə müşahidə olunan istiləşmə və normallaşma meyilləri vacib amildir. İran Azərbaycanın cənub qonşusudur və belə təmaslar münasibətlərin inkişafı, dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün imkan yaradır.
Qalibafın səfəri münasibətlərdə dərhal köklü dəyişikliklərə səbəb olmasa da, müsbət istiqamətdə təsir göstərə bilər.
İranın Azərbaycana münasibətdə formalaşmış müəyyən yanaşmaları var və bu baxışların dəyişməsi zaman tələb edir. Lakin gələcək dövrdə münasibətlərin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur”.

Politoloqun sözlərinə görə, Azərbaycan və İran arasında ticarət, nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq üçün geniş potensial var:
“Əsas məsələ tərəflərin konstruktiv mövqedən çıxış etməsidir. Əgər münasibətlər qarşılıqlı etimad və normal qonşuluq prinsipləri əsasında qurularsa, əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması mümkündür. Münasibətlərin gələcək inkişafı müəyyən mənada İranın yanaşmasından asılıdır.Qalibaf İran siyasi elitasında nüfuzlu şəxslərdən biridir. Onun bu səfəri və keçiriləcək görüşlər münasibətlərə müəyyən müsbət təsir göstərə bilər”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью