Bakı Təhsil İdarəsində pedaqoqdan çox vəkil var: Niyə?

19.04.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Şəhər Təhsil İdarəsinin Aparatında necə pedaqoq var? 3, ya da 5 nəfər. Aparatda pedaqoqdan çox hüquqşünas var, ancaq Bakı Şəhər Təhsil İdarəsinin məhkəmələrdə yüzlərlə iş var.

Bu sözləri təhsil eksperti Şəmsi Qoca Axar.TV-yə geniş müsahibəsində deyib.

“Hüquqşünaslar isə hüququ pozmaqla məşğuldur. Balans yaradılmayıb. Doğrusu, heç orada hüquqşünasa ehtiyac da yoxdur.

Mən o idarədə 2006-2013-cü illərdə insan resusları sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışmışam. Bu qədər şikayət yox idi. İkicə dəfə məhkəməyə getmişdik. Bəli, yeddi ildə iki dəfə. İndi isə hər gün bəlkə də 7 məhkəmə işinə baxılır. Gedin araşdırın, görün nə qədər qanunsuz işdən çıxarılmalar var. Hamısında da sonda haqsız çıxırlar”, - deyə ekspert bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью