“Bakı Telefon Rabitəsi” sığortaçı seçib

25.11.2024

Icma.az bildirir, Sia Az portalına istinadən.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Qala Sığorta" ASC-dir.

Qalib şirkətə 25 920 manat ödəniləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью