Icma.az, Baku.ws saytına istinadən bildirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin (İB) Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı İB hazırlıqlara başlayıb.
Məlumata görə, kompleksdə mühəndis-kommunikasiya sistemlərinin (o cümlədən yanğın təhlükəsizliyinin) müayinəsi, xüsusi texniki şərtin hazırlanması və layihələndirmə işlərinin görülməsi nəzərdə tutulur. Bu işlərin 749 min manata başa gələcəyi gözlənilir.